İnsanlarda qocalma prosesi 39 yaşından sonra orqanizmdə miyelin adlı maddənin istehsalının azalması ilə başlayır
Alimlərin araşdırmalarına görə həyat tərzi, cinsiyyət və çəki orqanizmin yaşlanma prosesinə təsir etmir. Belə ki, Amerika alimlərinin fikrincə insanlarda qocalma prosesi 39 yaşından sonra, yəni orqanizmdə miyelin adlı maddənin istehsalının azalması ilə başlayır.
Medkrug saytı xəbər verir ki, miyelin sinir hüceyrələrini örtərək onları müxtəlif mənfi təsirlərdən qoruyur. Orqanizmdə bu maddənin istehsalının azalması ilə insanın hərəkət və beyin funksiyaları da zəifləyir. Bundan əlavə miyelin örtüyünün zədələnməsi və dağılması skleroz kimi xəstəliklərin yaranmasına da səbəb olur.
Alimlər bu prosesin dayandırılması və miyelinin orqanizmdə istehsalının artırılması istiqamətində hazırda heç bir təkliflərinin olmadığını bildirsələr də, bu mövzu ətrafında araşdırmaların davam etdiyini qeyd edirlər. Onların fikrincə aparılan tədqiqatlar orqanizmdə miyelinin istehsalının artırılmasında böyük rol oynayacaq.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın