"İntensiv yağışlar qurumağa yaxın olan ağaclarda bioloji qarşılıqlı əlaqəni bərpa edib"-Aqronom + FOTO
"Oktyabr və Noyabr aylarında yağıntının intensivliyi,nisbi rütubətliyin normadan artıq olması Bakı və Abşeron yarmadasında qurumağa yaxın olan ağaclarda bioloji cəhətdən qarşılıqlı əlaqəni bərpa edib."
Faktinfo.az xəbər verir ki,bu fikirləri Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində müxtəlif vəzifələrdə çalışmış, təcrübəli alim – aqronom Xanəhməd Əsgərov saytın elektron poçtuna göndərdiyi məktubunda qeyd edib.
Mütəxəssis onu da bildirir ki,son zamanlar qurumaqda olan xan çinarı və digər ağacların yarpağı vaxtından əvvəl tökülməyə başlamışdı.Bu da onun göstəricisi idi ki,yay mövsümündə bu ağacların sudan normal qidalanması olmayıb.Son bir ayda intensiv yağan yağışlardan sonra qurumaqda olan bəzi xan çinarı ağacları yenidən cücürməyə başlayıb.Aqranom-alim Nizami rayonu Əlağa Kürçaylı 47-65 ünvanından çəkib göndərdiyi xan çinarı ağacını nümunə üçün fikirlərinə əlavə edib.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın