İqbal Məmmədov haqqında yazılan fikirlər alt-üst oldu- Deputatlığa namizədlə bağlı "konseptlər" işə yaramadı
Parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat müddətində bəzi dairələr üzrə əməlli-başlı rəbaqət mühiti müşahidə edilir.Bəzən də bir sıra saytların yaydığı xəbərlər dairələr üzrə özünü doğrultmur.
Götürək elə 78 saylı Lerik Seçki Dairəsi üzrə namizədliyi YAP tərəfindən irəli sürülmüş İqbal Məmmədov barəsində bir müddət əvvəl yayılan məlumatları.Bu namizəd barəsində KİV-lərdə yayımlanan tənqidi fikirlər həqiqəti əks etdirmir.Məsələyə "Görünən dağa nə bələdçi" prinsipindən yanaşsaq İqbal Məmmədovun kəndlərdə seçiciləri ilə görüşündən bir daha bəlli olur ki, onun haqqında hər hansı bir narazılıq yoxdur,YAP bu dairə üzrə seçimində yanılmayıb.İqbal Məmmədovun seçiciləri ilə görüşlərindən o da açıq şəkildə görünür ki, o seçiciləri tərəfindən dəstəklənir.Belə olan halda haqlı bir sual yaranır, haradadır narazılıq edən seçicilər?
Təbii bir insan hamı üçün qəbul oluna bilməz qənaətində, İqbal Məmmədovu da bütün seçicilər dəstəkləyə bilməzlər.Bu şəxslərin sayı 5,10, 20 hətta,100 nəfər də ola bilər.Amma bu ümumilikdə 78 saylı Lerik Seçki Dairəsi üzrə seçicilərin hamısının ümumu iradəsinin təmsil olunması anlamına gəlmir.Artıq məlum olur ki,YAP-ın namizədinə qarşı seçicilər tərəfindən kəndlərdə hər hansı müqavimətə rast gəlinmir.
Qeyd edək ki, bir müddət əvvəl “Lerikdə İqbal Məmmədovun əleyhinə imza toplanır”, “Lerikdə İqbal Məmmədovun namizədliyinə etiraz edilir”,”İqbal Məmmədovun tiribunadan çıxışı səs-küyə səbəb oldu”başlıqlı xəbərlər bir sıra saytlarda yayımlanmışdı.Yazılan bu xəbərlərin reallıqda yanlış məlumat olduğu təsdiqlənir.Çünki İqbal Məmmədova yaxın olan seçici münasibətinin fonunda məlum ”xəbərlər” Lerik rayonuna yağan qar tək əriyib buxarlanır.Lerik rayonunda belə xəbərlərin ömrü yağışdan sonra üfüqdə şəfəq saçan günəşin fonunda əriyib heç olur.
Elə son günlər namizədin geyiminə qarışıb,İqbal Məmmədovun bahalı paltarlardan istifadə etməsinə diqqət çəkməyə cəhd onu seçicilərinin gözündən salmağa hesablanmış növbəti “addımdır”.Artıq fikir mübadiləsini uduzanlar sözlərini kinlə əvəz edib,böhtan atmaq yolunu tuturlar.Burada da bir yunan məsəli yada düşür:”Ürək ləkəli olanda,çölün bəzəyi də ilan qabığı kimi görünər”.
Beləliklə, məlum başlıq altında dövriyyəyə buraxılan xəbərlər müəyyən konsept xarakteri daşıyıb ki,İqbal Məmmədov seçiciləri ilə ilk andan problem yaşasın,fürsətçilər də bu halı ölkə ilə bir etsinlər. Bu addım digər tərəfdən başqa bir məqsəd də daşıya bilərdi.Belə ki,İqbal Məmmədovun namizədliyini irəli sürməkdən “ürkən”lər hesab edə bilərdilər ki, o, seçiciləri ilə görüşməkdən çəkinəcək və yaxud seçiciləri onu daş-qalaq edəcək,ardınca onlar da bunu fürsət bilib,vəziyyətdən yararlanmağa çalışacaqlar.Yəni hesab edilə bilərdi ki,YAP tərəfindən İqbal Məmmədovla bağlı qiymətləndirmə məsələsi təkrar gündəmə gətiriləcək və bundan sonra o,ya namizədliyini geri götürməli olacaq,ya da ki, seçkidə iştirak etsə də, deputat seçilə bilməyəcək.
Ancaq hadisələrin gedişi,seçki kampaniyası ilə bağlı aparılan işlər İqbal Məmmədov barəsində bir müddət əvvəl “yazılanları”alt-üst edir, bir daha məlum olur ki,YAP bu dairə üzrə seçimində yanılmayıb.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın