İqtisad Universitetinə yeni rektor gətirilir-Namizədin adı da məlumdur
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) adı növbəti dəfə mətbuatın gündəmini zəbt edib.
Faktinfo.az-a verilən məlumata görə ADİU-dakı çoxsaylı neqativ hallar,qohumbazlıq və dostluğun kütləvi şəkil alması,bir sıra şəxslərin adlarının FETÖ-ilə əlaqələndirilməsi,təhsil ocağının obreviaturasının UNEC-lə əvəzlənməsi,eləcədə Türkiyə mətbuatında gedən yazı hakimiyyət dairələrinin diqqətini çəkib və hətta ciddi narahatlıq yaradıb.Elə bu səbəbdən rektor Ədalət Muradovun vəzifəsindən kənarlaşdırılması qərara alınıb.Artıq bu vəzifəyə yeni namizəd də müəyyənləşib.Bu hazırda ADİU-da çalışan sabiq Maliyyə naziri Əvəz Ələkbərovdur.
Diqqətli oxucular bilir ki,bir müddət əvvəl sabiq nazirin yenidən yüksək vəzifəyə təyinat alacağı ilə bağlı məlumatlar yayılmışdı.Görünür,Əvəz Ələkbərovun elə rektor vəzifəsinə gətirilməsi nəzərdə tutulurmuş.
Gözlənilən dəyişiklikdən rektor Ə.Muradov da məlumatlıdır və məhz bu səbəbdən hazırda onunla Ə.Ələkbərov arasında gərginlik yaşanır.Hətta,ADİU daxilində iki tərəfli qruplaşma da yaranıb.Məlumata görə, Ə.Ələkbərovun ADİU-ya rektor gətirilməsində bir sıra millət vəkilləri də maraqlıdır.Bu mənada iqtisadçı deputatlar Ziyad Səmədzadə və Xanhüseyn Kazımlının adı xüsusi vurğulanır.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın