İran ABŞ-ı vura biləcəyini açıqladı
Suriya Müttəfiqlərinin operativ qərargahı ehtiyac yaranarsa, ABŞ-ın Suriyadakı mövqelərini vuracaq.
Bunu Hizbullah və İranın üzv olduğu Suriya Müttəfiqlərinin operativ qərargahı yayıb.
“Suriyanın övladlarının və müttəfiqlərinin qanı ucuz deyil. Ehtiyac yaranarsa, biz ABŞ-ın Suriyadakı mövqelərini vuracağıq. ABŞ-ın son addımı qorxaqlıq və terrorizmlə mübarizədə ikiüzlülüyün sübutudur”, – deyə o bildirib.
Qeyd edək ki, dünən ABŞ Suriyada hökumətyönlü qüvvələrə zərbələr endirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın