İran neft hasilatını azaltmaq fikrində deyil- Hüseyn Kazımpur Ərdəbili
İran Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEC) üzvlüyündən çıxmaq niyyətində deyil, amma hasilatın azaldılmasında da iştirak etməyi düşünmür.
“RİA Novosti” xəbər verir ki, bunu “Bloomberg”ə açıqlamasında ölkənin OPEC-dəki daimi nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili bildirib. O, OPEC+ formatı daxilində hasilatın azaldılmasını müsbət qiymətləndirib.
“Əlbəttə İran hasilatı azaltmayacaq. Təbii ki, bunu İrandan xahiş edən yoxdur, çünki mövqeyimiz aydındır: ABŞ bizə qarşı sanksiyalar tətbiq etdiyindən neft hasilatını azaltmaq fikrində deyilik” – deyə iranlı diplomat vurğulayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın