İran televiziyasında Şəməd Vurğunun “Azərbaycan” şeirinə bəstələnmiş mahnı səsləndirilib
İran Dövlət Televiziyası Təbrizin “Traktor” klubu ilə Tehranın “İstiqlal” futbol klubu arasında keçirilən görüş üçün hazırlanmış süjeti Azərbaycan mahnısı ilə efirə verib.
Süjetdə oyuna gedən futbolçuların coşqusu hiss olunur. Bir neçə dəqiqlik kadrlarda əvvəldən sona qədər Azərbaycanın xalq şairi Şəməd Vurğunun “Azərbaycan” şeirinə bəstələnmiş mahnı səsləndirilib.
Qeyd edək ki, “Traktor”la “İstiklal” komandası 11 avqust tarixində görüşüb. Oyun “İstiklal”ın minimal (1-0) hesablı qələbəsi ilə nəticələnib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın