İrana müalicə üçün gedən ölkələr arasında Azərbaycan öndədir

İrana müalicə üçün gedən ölkələr arasında Azərbaycan öndədir 

Hər il İrana başqa ölkələrdən 100 mindən artıq tibbi məqsədli turist gəlir. Onların əksəriyyəti Azərbaycan, Ermənistan və İraqdan olan pasiyentlərdir.

Bu barədə “Tehran Tayms” qəzeti məlumat yayıb. Qəzetə istinadən Strateq.az saytı xəbər verir ki, 2016-cı ilin martından 2017-ci ilin martına qədər İrana 105 min belə turist gəlib. Tibbi turizmin inkişafı üzrə Şuranın katibi Məhəmməd Əli Feyzəvi deyib ki, İranda xarici ölkələrdən olan pasiyentlərə tibbi xidmət göstərən 35 tibb mərkəzi fəaliyyət göstərir.

İran Səhiyyə Nazirliyinin departament rəhbəri Vahidrza Mohepur bildirib ki, əslində tibbi məqsədli turistlərin sayı 300 mindən çoxdur.

2025-ci ilə qədər turistlərin sayını 4,8 milyondan 20 milyona çatdırmaq niyyətindədir.  

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi