"İrana nüvə silahı hazırlamağa imkan verməyəcəyik” - Pentaqon
"Biz İrana nüvə silahı hazırlamağa imkan verməyəcəyik".
Report.az xarici KİV-ə istinadən bildirir ki, bunu Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) Baş Qərargah Rəisləri Komitəsinin rəisi Mark Milli deyib.
O bildirib ki, İran bunu etmək qərarına gəlsə, bir neçə ay ərzində nüvə silahı hazırlamağa qadirdir: “Lakin biz buna icazə verməyəcəyik”.
Qeyd edək ki, İsrailin Baş naziri Binyamin Netanyahu deyib ki, İrana nüvə silahı əldə etməyə icazə verilərsə, dünya nüvə müharibəsi təhlükəsi ilə üzləşəcək.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın