İranda 85 nəfər spirtli içkidən öldü
İranda son iki ay ərzində saxta spirtli içki səbəbindən 85 nəfər ölüb.
Bu sözləri İranın Təcili Yardım Dairəsinin rəhbəri Pis Hüseyn Kulivend deyib.
O bildirib ki, 6 sentyabr-31 oktyabr tarixləri arasında 974 nəfər alkoqoldan zəhərlənib.
Kulivənd zəhərlənənlərdən 883-nün kişi, 91-nin isə qadın olduğunu bildirib.
Qeyd edək ki, spirtli içki istehsalı və istifadəsi İranda müsəlmanlar üçün qadağandır. İstehlakçılar belə məhsulları adətən qeyri-qanuni yollarla əldə edir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın