İranda kütləvi zəhərlənmə – Spirtdən
İranda oktyabrın 19-dan bu günədək spirtli içkilərdən zəhərlənmə nəticəsində 40 nəfər Bəndər Abbasın müalicə mərkəzlərinə müraciət edib.
Bunu İranın Hörmüzqan Vilayəti Tibb Elmləri Universiteti və Səhiyyə və Müalicə Xidmətləri ictimai əlaqələr və beynəlxalq məsələlər üzrə şöbəsinin müdiri doktor Fatimə Novruzian deyib.
Onun sözlərinə görə, zəhərlənmə nəticəsində müraciət edənlər 15-50 yaşlar arasındadır. İndiyədək bir nəfər həyatını itirib, 2 nəfər də reanimasiya şöbəsinə yerləşdirilib.
Novruzian bu müddət ərzində spirtli içkilərdən zəhərlənmə nəticəsində 19 nəfərin böyrəyində nöqsanlar səbəbindən dializ edildiyini deyib: “Pasiyentlərdən 18 nəfəri müalicə olunduqdan sonra xəstəxanadan evə buraxılıb”.
26 sentyabr-4 oktyabr müddətində spirtli içkilərdən zəhərlənmə nəticəsində 268 nəfər Hörmüzqan vilayəti xəstəxanalarında yatırılıb, 22 nəfər isə həyatını itirib.Trend
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın