İrandan ABŞ-ın sanksiyasına əks-həmlə –Tehran neftin satış qiymətini aşağı endirir
ABŞ-ın noyabrın 5-də qüvvəyə minəcək neft sanksiyalarına qarşı rəsmi Tehran əks-həmlə edib.
İRNA xəbər verir ki, neft bazarındakı tələbat və digər neft ixracatçılarının endirimlərindən istifadə edən İran neftin qiymətini aşağı salıb.
İran Neft Nazirliyindəki mənbənin sözlərinə görə, müştərilərə edilən endirimlər bütün neft ixracatçıları tərəfindən qlobal neft bazarının əsaslarını təşkil edir.
Rəsmi şəxs endirimlərin hansı həcmdə olacağı barədə məlumat verməyib.
Qeyd edək ki, İran gün ərzində təqribən 2 milyon 200 min barel xam neft ixrac edir. Bunun yarısı Çin və Hindistanın, 25 faizi Avropa ölkələrinin, bir qismi isə Cənubi Koreya və Yaponiyanın payına düşür/Teleqraf.com.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın