İranşəhrdə hava limanı və SEPAH qərargahı vuruldu

İranşəhrdə hava limanı və SEPAH qərargahı vuruldu 

ABŞ-ın son hücumları zamanı Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərinin hava limanı və SEPAH qərargahı vurulub.

Bu barədə Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.

Qeyd olunan hədəflərə zərbələrdən sonra bir neçə güclü partlayışın olduğu, hadisə yerinə çox sayda yanğınsöndürən texnika və ambulansların cəlb olunduğu bildirilib.

İnsan tələfatı barədə hələlik məlumat verilməyib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi