İrəvanı Bakıya qarşı müharibəyə səslədi

İrəvanı Bakıya qarşı müharibəyə səslədi 

Gəldiyim qənaət ondan ibarətdir ki, erməni tərəfi Bakını dialoqa cəlb etməkdən ötrü hərbi yola əl atmağa hazır olmalıdır.

Musavat.com xəbər verir ki, bu sözləri Rusiyada yerləşən MDB ölkələri instititunun direktor müavini, Vladimir Yevseyev Ermənistan mətbuatına müsahibəsində deyib. Ermənipərəst mövqeyi ilə tanınan politoloq Qarabağ bölgəsində son zamanlar artan gərginliyə diqqət çəkib və Aprel hadisələrinin yenidən yaşana biləcəyini iddia edib.

Ekspert hazırkı dövrdə münaqişənin yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. “Söhbət artıq kəşfiyyat-diversiya qruplarının hücumundan deyil, daha iri miqyaslı əməliyyata hazırlıqdan gedir. Azərbaycan Silahlı Qüvvələri bunun üçün erməni tərəfinə məxsus hava hücumundan müdafiə sistemlərini sıradan çıxarır”, - politoloq bildirib.

Rusiyalı politooq məhz bu səbəbdən münaişənin yeni fazasının meydana gəldiyini bildirib. “Aydın məsələdir ki, erməni tərəfi cavab verməyə məcburdur. Lakin bu gün baş verənlər keçən ilin aprel ayında həyata keçirilən hərbi əməliyyatların bərpa ediləcəyini göstərir”, - Yevseyev jurnalistlərin suallarına cavab verərkən deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan əraziləri “dişləyə-dişləyə qoparmaq” siyasətini yürüdür. Əgər o, bu siyasətin fayda verdiyini görsə, həmin strategiyanı davam etdirəcək.

Vladimir Yevseyev indiki situasiyada Ermənistan üçün yeganə effektiv vasitənin Azərbaycanın bu siyasətinə qarşı hərbi cavab olacağını düşünür. “Ona görə ki, Azərbaycanla danışıqlar aparmanın mənası yoxdur. Erməni tərəfi konkret şərtlər irəli sürməlidir. Öncə Xankəndinin (Qondarma DQR-in) masa arxasına üçüncü tərəf olaraq əyləşməli, iknicisi isə Azərbaycan tərəfindən insidentlərin araşdırılması mexanizmlərinin tətbiq olunmasını tələb etməlidir".

Sonda Yevseyev "əsl hədəfi" göstərib: "Hesab edirəm ki, ciddi müzakirələr üçün şərtlər hələ yetişməyib. Təəssüf ki Bakını danışıqların zəruri olduğuna inandırmaq məqsədilə hərbi əməliyyatlar keçirmək lazım gələcək. Gəldiyim qənaət ondan ibarətdir ki, erməni tərəfi Bakını dialoqa cəlb etməkdən ötrü hərbi yola əl atmağa hazır olmalıdır”.

Vladimir Yevseyevin bu fikirləri əslində təəccüblü sayılmamalıdır. Onun fəaliyyət göstəridiyi MDB ölkələri institutu (tam adı Diaspor və İnteqrasiya İnstitutu) qeyri-hökumət təşkilatı sayılsa da, Rusiya hökumətinə və onun hərbi-strateji qurumlarına olduqca yaxındır. İnstitutun əsas hədəfi Rusiyanın yaxın hüdudlarında problemlərin araşdırılması, habelə Kremlin keçmiş SSRİ ərazisindəki maraqlarının müəyyən edillməsi və elmi şəkildə dəstəklənməsindən ibarətdir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi