İşinin adı yatmaq olan qadın ildə 178 min pul qazanır

İşinin adı yatmaq olan qadın ildə 178 min pul qazanır 

İngiltərəli qadın Leva Baradouskanın işi eşidənləri qısqandırır.

Faktinfo.az -ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, 32 yaşındakı qadın sadəcə yataqların rahat olub-olmadığını yoxlayaraq ildə 178 min pul qazanır.

Dünyada müxtəlif cür işlər olsa da, bu gənc qadının işi çox fərqlidir. Bu işlə o, ildə 75 min funt sterlinq (178 min manat) pul qazanır. Çox adamın qısqandığı iş isə sadəcə yatmaqdan ibarətdir.

İngiltərədə yaşayan Leva Baradouska rahatlıq üzrə mütəxəssisdir. Belə ki, işi də işlədiyi firmanın buraxdığı yataqların keyfiyyətini yoxlamaqdır. Qadın bu yataqlarda yatır və firmaya yataqların keyfiyyəti, rahat olub-olmaması ilə bağlı məsləhətlər verir. Firma da bu məsləhətlər əsasında məhsullarda dəyişiklik edir.

Leva Baradouska işinə görə yeni məhsulları yoxlamaq üçün Sinqapur, ABŞ və Yaponiya kimi bir çox ölkələrə səyahət edir.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi