İslahatçı məmur kimə deyilir? – Yel dəyirmanı ilə döyüşənə, yoxsa onu tikənə?
İslahatlar aparmaq üçün səlahiyyət verilmiş kadrların problemə baxışı çox vacibdir.
Yaxşı iqtisadçı, vergi mütəxəssisi, gömrük işçisi və digəri hələ islahatçı məmur demək deyil. İslahatçı məmur prosesə baxışı olan, problemi dərk edən və haradan başlamaq lazım olduğunu müəyyən edən, buna əmin olan, təkliflərini hazırlayan, siyasi iradə nümayiş etdirən, strateji baxışı olan şəxsdir. Bu adam hamını dəyər verdiyi əla iqtisadçı, gözəl bankir, əvəzolunmaq gömrükçü, və s. məmur OLMAYA da bilər.
Əsas məsələ onun islahat tələb olunun sahəyə baxışı, innovativliyi və strateji məqsədə çatmaq üçün zəruri olan fəhmidir.
Yaxşı iqtisadçı, bankir, vergi mütəxəssisi yalnız onlara tapşırılan işin yüksək səviyyədə görülməsinə və təhvil verilməsinə nail olur. İslahatçı məmur heç kimin görmədiyini görən, “sınıq maşının” pis işləməsini” deyinərək araşdıran yox, o maşını sındırıb yeni xanədən başlayacaq, ona yön verə biləcək şəxsdir.
Qalanları isə bu işdə yalnız prosesin uğurunu təmin edəcək detallardır.
Çin məsəlində olduğu kimi: “İslahatlar küləyi əsirsə, onun qarşısını almaq yox, yel dəyirmanları tikmək lazımdır”.
İslahatçılar – bu yel dəyirmanlarını tikməyi bacaranlardır.
Xaqani SƏFƏROĞLU
Bu xəbər üçün şərh yazın