“İSRAİLƏ HÜCUM QƏRARI BEYRUTDA VERİLİB” – “SEPAH İsrailə 3 cəbhhədən hücuma hazırlaşır”

“İSRAİLƏ HÜCUM QƏRARI BEYRUTDA VERİLİB” – “SEPAH İsrailə 3 cəbhhədən hücuma hazırlaşır” 

"1973-cü ildə Yom Kippur (Ərəb-İsrail savaşı-red.) müharibəsindən sonra oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı ən genişmiqyaslı hücumu başlayıb.

Bu hücumun arxasında duran dövlət İran İslam Respublikasıdır”.

AzPolitika.info xəbər verir ki, bunu ABŞ-ın aparıcı nəşrlərindən olan “The Wall Street Journal” öz mənbələrinə istinadla yayımladığı məqalədə bildirib.

ABŞ nəşrinin Həmas və Livandakı Hizbullah təşkilatından olan mənbələrdən aldığı məlumata görə, oktyabrın 1-də Livanın paytaxtı Beyrutda keçirilən toplantıda İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücumla bağlı qəfil qərar verib. SEPAH rəsmilərinin hələ avqust ayından HƏMAS ilə birlikdə İsrailə hücum planlaşdırdığı bildirilib, İsrail ərazisinə qurudan, havadan və dənizdən hücum planları ətraflı şəkildə müzakirə edilib.

“İsrailə 3 cəbhhədən hücum planı hazırlanıb”

Avropalı rəsmilərdən birinin məlumatına görə, İran komandirləri “Əqsa tufanı” əməliyyatını HƏMAS və Hizbullahla birlikdə idarə edir. Mənbələrə görə, Tehran Qəzza və İordan çayının qərb sahilində, eləcə də şimalda Livan sərhəddində Hizbullahla birlikdə İsrailə 3 cəbhədən hücum etmək üçün hərtərəfli müharibəyə hazırlaşır.

“The Wall Street Journal” İranın münaqişəyə birbaşa müdaxiləsinin Yaxın Şərqdə daha böyük müharibəyə səbəb ola biləcəyi kimi şərh edib. Xəbərdə həmçinin İsraildə bir çox rəsmilərin hücumlardan sonra “İrana zərbə vuraq” çağırışı etdiyi də qeyd edilib.

“Məqsəd İsrail ilə Səudiyyə Ərəbistanı arasında normallaşan münasibətlərə zərbə endirməkdir”

Bir çox media orqanları son hücumların “İsrailin yenilməzliyi” mifini məhv edərək bölgədəki tarazlığı əhəmiyyətli dərəcədə dəyişdiyini və israillilərin hazırkı təhlükəsizliyini şübhə altına aldığını vurğulayıb.

Eyni zamanda, əksər İran rəsmiləri şənbə günü “Əqsa tufanı” əməliyyatını dəstəklədiklərini açıqlayıblar. İran Prezidenti İbrahim Rəisi də HƏMAS liderləri ilə bir sıra görüşlər keçirib.

Qeyd edək ki, Həmas və Hizbullah mənbələri Tehranın hücumların planlaşdırılması və maliyyələşdirilməsində fəal rol oynadığını açıq şəkildə etiraf ediblər. Mənbələr əməliyyatın məqsədinin Benyamin Netanyahu hökumətinə qarşı etirazların artdığı bir vaxtda İsrailə zərbə endirmək və İsrail-Səudiyyə Ərəbistanı arasında normallaşan münasibətlərin qarşısını almaq olduğunu vurğulayıb.

Bir çox siyasi ekspertlər də qeyd edirlər ki, Tehran İsrailin Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri ilə münasibətlərinin normallaşdırmasını, Misir və İordaniya ilə sülh sazişləri bağlamasını özü üçün böyük təhlükə hesab edir. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər