"İsrailin təhlükəsizliyi ABŞ və dünyanın təhlükəsizliyidir"

"İsrailin təhlükəsizliyi ABŞ və dünyanın təhlükəsizliyidir" - Bayden

Amerika Birləşmiş Ştatları İsrailə əlavə hərbi yardımı artıracaq. Söhbət hava hücumundan müdafiə sistemləri üçün sursat və raketlərdən gedir.

APA.az-ın "Sky News"a istinadla verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdə Fələstin-İsrail münaqişəsi ilə bağlı çıxışı zamanı deyib.

Co Bayden deyib ki, bu, "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemləri üçün sursat və raketləri əhatə edəcək.

Konqresdən ABŞ-nin kritik tərəfdaşlarının milli təhlükəsizlik ehtiyaclarını maliyyələşdirmək üçün təcili tədbirlər görməsi istəniləcək.

Bayden deyib: "Mən hər hansı bir dövlətə, istənilən təşkilata, hər hansı bir oyunçuya müraciət edirəm - İsrailə hücum etməyi düşünməyin! İsrail vəhşiliklərə cavab verəcək. Biz İsrailin istənilən müdafiə ehtiyacını təmin edəcəyimizə zəmanət veririk".

Amerika lideri əlavə edib ki, İsrailin təhlükəsizliyi ABŞ-nin və bütün dünyanın təhlükəsizliyidir:

"Burada söhbət partiyalardan və ya siyasətdən getmir.Bu bizim dünyamızın təhlükəsizliyi, ABŞ-nin təhlükəsizliyi ilə bağlıdır".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər