İsrailli deputatdan qalmaqallı çağırış – “Nüvə silahından istifadə etməyinizi xahiş edirəm”
İsraillin hakim “Likud” partiyasından olan deputat Talli Qotlivin açıqlamaları böyük qalmaqala səbəb olub.
AzPolitika.info xəbər verir ki,millət vəkili İsrailin nüvə silahına malik olduğunu və HƏMAS-ın hücumlarına cavab olaraq bu sliahdan istiafə etməyi təklif edib.
O, sosial şəbəkə hesabından etdiyi paylaşımlarda Qəzzanı xəritədən silməyə çağırıb: "Yalnız Yaxın Şərqi silkələyən partlayış bu ölkənin reputasiyasını,gücünü və təhlükəsizliyini bərpa edə bilər.İsrail arsenalında olan bütün silahlardan istifadə etməlidir.Mən sizdən hər şeyi etməyinizi və düşmənlərimizə qarşı nüvə silahından istifadə etməyinizi xahiş edirəm”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın