İstanbulda Atom Energetikası Sammiti keçiriləcək- Martın 5-6-da
VI Beynəlxalq Atom Energetikası Sammiti martın 5-6-da İstanbulda keçiriləcək.
AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, sammitdə atom energetikası sahəsində çalışan 100-dən çox özəl və dövlət şirkətinin nümayəndələri, alimlər və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.
Dünyanın aparıcı şirkətləri atomun dinc məqsədlər üçün istifadəsi sahəsində son nailiyyətlər və müasir texnologiyalar barədə sammit iştirakçılarını məlumatlandırmaq fürsəti əldə edəcəklər.
Türkiyə şirkətlərinin nümayəndələri xarici şirkətlərlə təcrübə mübadiləsi apara və atom energetikasının inkişaf istiqamətləri ilə tanış ola biləcəklər.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın