İstanbulda təkrar seçki keçirilməyəcək –YSK AKP-nin etirazını rədd etdi
Türkiyə YSK (MSK) AKP-nin İstanbulda bələdiyyə seçkisinin nəticələrinin ləğv edilməsi və yeni seçki keçirilməsi tələbi ilə verdiyi etirazı rədd edib.
Az əvvəl mətbuata açıqlanan məlumata görə, YSK AKP-nin İstanbul Böyük Şəhər Bələdiyyəsi ilə şəhərin Maltəpə bələdiyyəsində təkrar seçki keçirilməsi tələbini müzakirə edərək, qərarı verib.
Qərara əsasən, təkrar seçki tələbi rədd olunub.
Eyni zamanda, adıçəkilən bələdiyyə ərazilərindən xaric edilən şəxslərin səsvermə hüququnun bərpası ilə yanaşı, 41132 seçici barədə araşdırma tələbini təmin edib.
Xatırladaq ki, İstanbulda Əkrəm İmamoğlu AKP-nin namizədi Binali Yıldırıma 13 min səs fərqi ilə qallıb gəlib./Strateq.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın