"İstənilən hərbçinin Rusiyayla gizli əlaqəsi onun Ermənistana işləməsi mənasına gəlir"

"İstənilən hərbçinin Rusiyayla gizli əlaqəsi onun Ermənistana işləməsi mənasına gəlir" 

“Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin “orduda mövcud olan xəyanətkar şəbəkə 1988-1990-cı illərdə kök atıb” açıqlaması o deməkdir ki, Azərbaycanın müstəqilliyindən bu yana Dağlıq Qarabağ uğrunda savaşda məxfi hazırlanan planlardan silahlı birliklərimiz və sonrakı illərdə formalaşan ordumuz hələ hücuma keçmədən Rusiyanın və Ermənistanın xəbəri olub. Xəyanətkar şəbəkədə onlarla satqın olub”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki,  onların uzaq 1990-cı illərin başlanğıcında “Daşaltı əməliyyatı”ndan tutmuş Şuşa və Laçındakı uğursuzluqlarımızda və ən son fevralda kəşfiyyat qrupmuzun pusquya düşərək itkilərimizdə “xidmətləri” ola bilər:

“Yəni, sən hansısa əməliyyat planı hazırlayırsan, hələ əməliyyata başlamış xəritələrin sürəti düşmənlərimizin əlinə keçə bilərmiş. Xəyanətkarların üzə çıxmasından sonra bunun belə olmadığını kim iddia edə bilər?

Bu, hələ bildiklərimizdir. İstənilən yüksək rütbəli hərbçinin Rusiya ilə gizli əlaqələri onun avtomatik Ermənistana işləməsi mənasına gəlir”.

Millət vəkili Sahib Alıyev də qeyd edib ki, DTX-nin rəisi M. Quliyevin verdiyi açıqlamadan belə bəlli olur ki, bu yaxınlarda üzvləri həbs olunan satqınlar şəbəkəsində yer alanların bir hissəsi hələ 1988-90-cı illərdə HAYdaşlığa cəlb ediliblərmiş:

“Bu isə onu göstərir ki, belə bir şəbəkənin yaradılması təkcə Ermənistan kəşfiyyatının “xidməti” deyil”.

Millət vəkili deyib ki, hazırda istintaq gedir və xəyanətkarların hər biri haqq etdiyi cəzanı alacaqlar.

Nə cəza versələr belə azdır, o Allahın lənətinə gəlmişlərə! Ancaq mən onların doğmalarına acıyıram.

Çünki həyatda belələrinin övladı, yaxud da, doğması olmaqdan ağır yük yoxdur, məncə”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər