Jurnalisti dərmanla yatırdıb,mişarla doğrayıblar-

Jurnalisti dərmanla yatırdıb,mişarla doğrayıblar- Konsul vəzifədən qovuldu, istintaq başladı

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda oktyabrın 2-də “yoxa çıxan” müxalif jurnalist Cama Xaşogi (yaxud Camal Kaşıkçı) qalmaqalı getdikcə böyüyür və dramatik xarakter alır.

Virtualaz.org xəbər verir ki, oktyabrın 15-də axşam konsulluq binasında Türkiyə və Səudiyyə Ərəbistanından olan istintaq qruplarının apardığı araşdırmanın ardınca Qərb KİV-lərinə Xaşoginin necə öldürüldüyü barədə yeni təfərrüatlar sızdırılıb.

“The Wall Street Journal” qəzeti adının açıqlanmasını istəməyən türk rəsmilərinə istinadən yazır ki, jurnalistə işgəncə verilməsini və öldürülməsini Səudiyyə Ərəbistanından həmin gün iki “Gulfstream” təyyarəsi ilə İstanbula gələn xüsusi cəlladlar və xüsusi xidmət əməkdaşları konsul Muhammed əl-Üteybinin gözləri qarşısında həyata keçirib.

Yenə də vurğulanır ki, Türkiyə tərəfi Xaşoginin konsulluq binasında necə işgəncəyə məruz qaldığına və öldürüldüyünə dəlalət edən səs yazısına malikdir. “Səudiyyədən gələn cəlladlar qrupu Xaşogini konsul əl-Uteybinin gözləri önündə əvvəlcə döyüb, işgəncə verib, daha sonra dərman verərək yatırdıb və elektrikli mişarla doğrayıb”-qəzet adının açıqlanmasını istəməyən türk rəsmilərə istinadən yazır.


Qəzetə açıqlama verən qaynaqlar deyiblər ki, səudiyyəli jurnalist konsulluğun binasına daxil olandan sonra cəmi bir neçə dəqiqə sonra öldürülüb, əvvəl təxmin edildiyi kimi, Xaşogini dindirməyiblər.

Türkiyə tərəfi Xaşoginin necə öldürüldüyünü və cəsədinin mişarla doğrandığını əks etdirən səs yazılarını Səudiyyə Ərəbistanı tərəfinə, habelə ABŞ rəsmilərinə təqdim ediblər. Bu dəlillərə etiraz edən olmayıb. Lakin səs yazılarının necə əldə edildiyi dəqiq bilinmir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulu Məhəmməd əl-Uteybi vəzifədən azad edilib. Bu barədə Ərəbistan mətbuatı informasiya yayıb. Məlumata görə, əl-Uteybi barəsində istintaq başladılıb.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi