Kadırov bu pis ənənəni aradan qaldıra bildi
Çeçenistan hökuməti qızqaçırma ənənəsini aradan qaldıra bilib.
Axar.az xəbər verir ki, bunu TASS agentliyinə açıqlamasında Çeçenistanın insan haqları ilə məşğul olan Nurdi Nuxaciyev söyləyib.
“Hazırda yetkinlik yaşına çatmayan qızlar və gənclər erkən nikaha girmirlər. Eləcə də Çeçenistanda qızqaçırma ənənəsinə son qoyulub. Bu, çeçen mədəniyyətinə uyğun deyildi. Ramzan Kadırov çeçen ictimaiyyəti ilə birgə bunu ortadan qaldıra bildi”, – deyə o bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın