Kadırov “Vaqner”ə qarşı ordu göndərdi – Priqojini “qiyamçı” adlandırıb

Kadırov “Vaqner”ə qarşı ordu göndərdi – Priqojini “qiyamçı” adlandırıb 

“Müdafiə Nazirliyinin və Rusiya Qvardiyasının Çeçenistandakı əsgərləri gərginlik zonalarına gedib”.

AzPolitika.info xəbər verir ki, bunu Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov “Vaqner”in hərbi qiyamına münasibət bildirərkən deyib.

Kadırov Priqojinin hərəkətini arxadan vurulan bıçaq və hərbi qiyam adlandırıb: “Arxa cəbhə həmişə sakit və etibarlı olmalıdır. Döyüşçülərə – Vətənimizin vətənpərvərlərinə müraciət edirəm. Təxribatlara aldanmayın. Dövlətin təhlükəsizliyi və belə bir məqamda rus cəmiyyətinin birliyi hər şeydən üstündür! Baş verənlər Müdafiə Nazirliyinə ultimatum deyil. Bu, dövlətə qarşı çağırışdır və bu çağırışa qarşı hərbçilər, təhlükəsizlik qüvvələri, qubernatorlar, mülki əhali ümummilli liderin ətrafında birləşməsi lazımdır. Üsyan yatırılmalıdır və bu, sərt tədbirlər tələb edirsə, biz hazırıq!”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi