Kamal Abdulla Ramiz Mehdiyevin yaxın adamlarından biridir- Seyfəl Həsənov küllü miqdarda pul alıb-İDDİA
AMEA-da çalışan bir qrup alimlərin çoxsaylı yazıları və ortaya qoyduqları faktlar son bir neçə ayda Milli Elmlər Akademiyasında çox ciddi problemlərin, qanun pozuntuların olması ortaya çıxardı, geniş müzakirələrə səbəb oldu.
Akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti olduqdan sonra islahatlar adı ilə bu strukturda çalışan işçilərin bir qrupunu işindən kənarlaşdırması, öz adamlarını yerləşdirməsi mövzusuna bir daha qayıtmaq istəməzdik. Bu artıq hamıya məlumdur. Bir qrup elm xadimlərinin hamıya məlum narazılıqlarından sonra akademik Ramiz Mehdiyev yaşı ilə əlaqədar bu qurumdakı postunu tərk etməyə qərar verdi. Amma bu gün akademikin istər Milli Elmlər Akademiyasında, istərsə də digər dövlət strukturlarında adamları işlərini davam etdirməkdədirlər.
Faktinfo.az xəbər verir ki, Aktualinfo.org-a verilən məlumata görə Ramiz Mehdiyevin AMEA-nın prezidenti olduğu dövrdə ən yaxın adamlarından biri də qurumda yeni təsis edilmiş aparat rəhbəri vəzifəsini tutan Seyfəl Həsənov olub. Amma bizim əldə etdiyimiz məlumatlara görə AMEA-nın nizamnaməsinə zidd olaraq 2020-ci ilin dekabrında yaradılmış aparat rəhbəri vəzifəsinə oturan Seyfəl Həsənov Ramiz Mehdiyevin adamı deyil, akademiklə uzun müddətdir isti münasibətləri və qohumluq əlaqələri olan Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın ən yaxınlarından biridir.
Məlumat üçün bildirək ki, Seyfəl Həsənov 16 may 1955-ci ildə Qusarda anadan olub. 1978-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olub, 1983-cü ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Əvvəllər Rus ədəbiyyatı kafedrasının müəllimi, baş müəllimi, dosenti olmuş, Tərcümə şöbəsinin müdiri vəzifəsini tutub. 2000-2004-cü illərdə yeni yaradılan Regionşünaslıq və Tərcümə fakültəsinin, 2004-2013-cü illərdə Tərcümə fakültəsinin dekanı olub. 2002-2005-ci illərdə Moskva Dövlət Bexnəlxalq Münasibətlər İnstitutu nəzdində fəaliyyət göstərən Regionşünaslıq ixtisası üzrə Rusiya Ali məktəbləri Tədris-metodiki Şurasında Bakı Slavyan Universitetinin təmsilçisi olub. 2013-cü ildə elmi işlər üzrə prorektoru vəzifəsinə təyin olunub.
Bunlar Seyfəl Həsənovun elmi-pedaqoji fəaliyyəti barədə olan qısa göstəricilərdir. Əslində isə o, kimdir?
2000-2014-cü ildə Bakı Slavyan Universitetinə rektorluğu dönəmində Kamal Abdullanın bir nömrəli adamı.
Həmin dövrlərdə tutduğu vəzifələrdə Seyfəl Həsənov 2021-ci ildə Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, külli miqdarda təhsil haqqı məbləğlərini mənimsəməkdə şübhəli bilinən Dürdanə Əliyevanın rolunu oynayıb. Kamal Abdulla Bakı Slavyan Universitetini tərk etdikdən sonra Seyfəl Həsənəva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində də iş verib, yanında saxlayıb. Kamal Abdulla nəhayət 2017-ci ildə Azərbaycan Dillər Universitetinə rektor təyin edildikdən sonra da Seyfəl Həsənovu sözügedən təhsil müəssisəndə kadrlar şöbəsinin rəisi vəzifəsində otuzdurub.
Bakı Slavyan Universitetində tələbələrin pulunu mənimsəyən şöbə müdirini burada əbəs yerə xatırlamadıq. Həmin hadisənin gündəmə gəlməsəni hamı yaxşı xatırlayır. Analoji halın Azərbaycan Dillər Universitetində də baş verməsinin qarşısını ondan bir müddət əvvəl Kamal Abdulla alıb. Belə ki, Seyfəl Həsənov vəzifəsindən sui-istifadə edərək Universitetdə işə qəbul adı ilə bir çox şəxslərdən külli miqdarda pul alıb. Bir müddət sonra Kamal Abdullaya yaxın adamı Seyfəl Həsənovun əməlləri ilə bağlı çoxsaylı şikayətlər olunub. Daha sonra onlarla insan Azərbaycan Dillər Universitetinin birinci mərtəbəsində narazılıqlarını ifadə ediblər. Səs-küyə çıxan Kamal Abdullaya məlum olub ki, Seyfəl Həsənov tütorlardan, tələbələrdən və bir çox insandan müxtəlif işlərin düzəldilməsi məqsədi ilə küllü miqdarda pul alıb, iş də görməyib, pulu da qaytarmayıb. Burada onun bu işləri təkbaşına görməsi heç inandırıcı gəlmir.
Amma məlumatlı mənbənin sözlərinə görə narazı şəxsləri sakitləşdirərək yola saldıqdan sonra Kamal Abdulla dərhal Seyfəl Həsənovu Azərbaycan Dillər Universitetindən uzaqlaşdırmağı qərara alıb. Qohumu Ramiz Mehdiyevin köməkliyi ilə onu AMEA Rəyasət Heyətində yeni yaradılan aparat rəhbəri vəzifəsinə otuzdurublar.
Məlum olduğu kimi Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsindən artıq istefa verib. Bu xəbərdən dərhal sonra AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirovun həbs olunması barədə məlumatlar yayıldı. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Eldar Əmirov barəsində çoxsaylı şikayətlərin olduğu bildirilir. Şikayətlər əsasən, E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlı olub. İddia olunur ki, o, pulla işə adam düzəldirmiş. Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.
Maraqlıdır bir aparat rəhbəri kimi Seyfəl Həsənovun fəaliyyəti araşdırılsa nələr ortaya çıxar? Görəsən o,kimdən nə qədər pul alıb? Çox keçməz ondan da şikayət edənlərin səsi çıxacaq. Hələ Ramiz Mehdiyevin digər kadrlarını demirik. Elə fəaliyyəti Azərbaycan Dillər Universitetində kollektivin daim narazılığına səbəb olan rektor Kamal Abdulla kifayət edir. Heç kimə sirr deyil ki, Kamal Abdulla rektorluq etdiyi hər iki universitetdə daha əvvəllər Prezident Adminstrasiyasının rəhbəri kimi, sonra da AMEA-nın prezidenti kimi daim Ramiz Mehdiyevin kölgəsində olub. Hətta bir müddət əvvəl himayədarına arxalanaraq Azərbaycan Dillər Universiteti ilə Bakı Slavyan Universitetini birləşdirmək istəyi olduğu barədə məlumatlar da yayılmışdı. Amma göründüyü kimi onun bu istəyi baş tutmadı, himayədarı Ramiz Mehdiyev istefa mədəniyyəti nümayiş etdirərək səhnədən düşdü. Bəs görəsən adamları ondan ibrət dərsi alıb eyni addımı nə vaxt atacaqlar?
Faktinfo.az
Bu xəbər üçün şərh yazın