“Kapitalbank”ın sabiq filial müdiri:"18 yaşlı oğlumdan pulu aıb, Mövlan Şıxəliyevin otağına apardılar"
Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
Prosesdə "Kapital Bank"ın "Tərəqqi" filialının sabiq müdiri Hüseyn Səfərov bildirib ki, bu hadisəyə görə, özünün və uşaqlarının evləri bank tərəfindən müsadirə olunub:
"Mən bu işlə bağlı Mövlan Şıxəliyevdən (keçmiş MTN-in baş İstintaq İdarəsinin sabiq rəisi) Baş Prokurorluğa şikayət etmişəm. Hazırda evim yoxdur, JEK müdirinin evində qeydiyyatdayam. Mənim mülki iddiam təmin edilsin, onun cəzası ilə bağlı şikayətim yoxdur, məhkəmənin mülahizəsinə buraxıram. Məni MTN-də saxlayanda 18 yaşlı oğlumdan pulu alıb, Vüsal Ələkbərovun otağına gətirdilər. Vüsal Ələkbərov isə həmin pulu Mövlan Şıxəliyevin otağına apardı. Mənim işim Mövlan Şıxəliyevlədir".
Prosesdə digər zərərçəkmiş "Texnikabank"ın Sumqayıt filialının sabiq müdiri olmuş Müssənif Salahov da dindirilib. O, məhkəmədə mülki iddiasının təmin edilməsini tələb edib və vəsatət qaldırdığını deyib. Zərərçəkmiş vəsatətində məhkəmənin qismən keçirilməsini istəyib.
V.Ələkbərov və onun vəkilləri də vəsatətin təmin edilməsini istəyib, ancaq vəsatət təmin edilməyib.
Məhkəmənin növbəti iclası noyabrın 30-na təyin edilib/Report.
Bu xəbər üçün şərh yazın