Keçmiş müstəntiq bacanağı tərəfindən öldürüldü –Neftçalada qanlı olay

Keçmiş müstəntiq bacanağı tərəfindən öldürüldü –Neftçalada qanlı olay 

Ötən gün Neftçala rayonunda qətl hadisəsi baş verib. Neftçala şəhər sakini , 1956-cı ildə anadan olmuş Vaqif Kəlbiyev bıçaqlanaraq qətlə yetirilib.

Vaqif Kəlbiyev sovetlər dönəmində Rusiyanın DİN orqanlarında xidmət edib, SSRİ dağıldıqdan sonra isə doğulduğu Neftçala rayonuna dəyişilərək uzun illər Neftçala Rayon Polis Şöbəsində müstəntiq işləyib. O, 2011-ci ildə yaş həddinin tamam olması ilə əlaqədar pensiyaya çıxıb.

Qətlin namus üstündə, mərhumun həyətindəki hüquq yardımı ofisində bacanağı İbrahim İbrahimov tərəfindən törədildiyi deyilir. Qətli törətməkdə şübhəli bilinən şəxs  saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (virtualaz.org)


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər