Kərimov qeyri-rəsmi arvadını "it kimi" döydü
Milyonçu Ziyafət Kərimovun qeyri-rəsmi nikahda yaşadığı Mariya Syaçina adlı qadını sahibi olduğu obyektdə döyməsi ilə bağlı görüntülər yayılıb.
Təhlükəsizlik kameralarına yaxalanan görüntülərdə Kərimov qadına amansız şəkildə zərbə endirir və yaxınlıqda olanlardan heç kim qadının köməyinə gəlmir. Daha sonra aldığı zərbələrdən yerdə uzanıb qalan qadını iki nəfər ərazidən uzaqlaşdırır.
Hadisə 23 fevral 2017-ci il tarixində baş versə də, görüntülər yalnız bu günlərdə ortaya çıxıb.
Zərərçəkən qadın sonuncu ümid kimi Andrey Malaxovun aparıcısı olduğu “Birbaşa efir” (“Pryamoy efir”) verilişinə müraciət edib, özünün Kərimovdan olan 5 yaşlı qızının və yeni sevgilisinin həyatının təhlükədə olduğunu bildirib.
Aparıcı Kərimovun bir müddət qeyri-rəsmi nikahda yaşadığı xanımını "it kimi" döyməsinin səbəbini soruşub.
Mariya Syaçinanın sözlərinə görə, həmin gecə Kərimovun sahibi olduğu kafedə onun dostları ilə birlikdə əyləniblər. Birdən-birə Kərimov onu kənara çağıraraq hücum edib və qadına ardıcıl zərbələr endirib. Qadın bu hadisədən sonra polisə müraciət etməyərək hadisənin baş verdiyi Moskva şəhərini tərk edib.
Ziyafət Kərimov bu hərəkətini qısqanclıqla əlaqələndirib və qadından üzr istəyib. Onun sözlərinə görə, hadisənin səhəri gün gül dəstəsi ilə qadının evini ziyarət edib və onlar barışıblar.
Kərimov qadının ona xəyanət etdiyini, bu xəyanəti öyrəndikdən sonra böyük sarsıntı keçirdiyini qeyd edib.
Bu xəbər üçün şərh yazın