Kimi işdən azad edirsən, deyir ki… – Rektor
Universitetimiz, şəxsən mənim haqqımda böhtan xarakterli məlumatlar yayan şəxslərlə bağlı məsələ məhkəmədədir.
Bu sözləri Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla bu gün ADU-da keçirdiyi mətbuat konfransında deyib.
"Deyirlər ki, guya mən bura qohumlarımı toplamışam. Yalandır, onlar bu iddianı sübut edə bilməzlər. Mən heç vaxt ədalətsizlik etməmişəm.
Qanunu pozanları ilə cəzalandıraraq, işdən azad etmişəm. Çox qəribədir ki, indi kimi haqlı olaraq işdən azad edirsən, deyir, cənab prezidentə məktub yazacam, intihar edəcəm.
Hər halda, hər şey məhkəmədən sonra aydın olacaq", - K.Abdulla bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın