İş adamı Ramazan Mirzəyev, sabiq dustaq Vidadi Zeynalov və daha kimlər... - Prezidentə kim yalan söyləyib?...

İş adamı Ramazan Mirzəyev, sabiq dustaq Vidadi Zeynalov və daha kimlər... - Prezidentə kim yalan söyləyib?... 

Bu ilin avqust ayının 7-də korrupsiya əməllərinə görə həbs edilən Kürdəmir rayonun İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla PİA.AZ-a ilginç məlumat daxil olub.

Kürdəmirdən verilən məlumatda bildirilir ki, Ceyhun Cəfərov dövlətdən oğurladığı külli miqdarda vəsaitlər hesabına məşhur iş adamı , “tender kral”ı kimi tanınan Ramazan Mirzəyev və yaxın qohumu, keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat Rəhbəri, dövlətin milyonlarla manat vəsaitini mənimsədiyinə görə həbs edilən və daha sonra mənimsədiyi pulların bir hissəsini geri qaytararaq azdalığa çıxan Vidadi Zeynalovla birlikdə Kürdəmir rayonunda böyük bir təsərrüfat müəsissəsi aqropark yaradıblar. Bu təsərrüfat müəsissəsinin adı isə Kürdəmir rayonunun Pirili kəndi və Karrar qəsəbəsi ərazisində yaradılan toxumçuluq üzrə ixtisaslaşmış “Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Hazırda adı çəkilən müəsissənin sahibi iş adamı Ramazan Mirzəyev göstərilsə də müəssissənin payçıları arasında kölgədə qalan digər iki şərik - Ceyhun Cəfərovla Vidadi Zeynalovda var.

Məlumata görə Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə ərsəyə gətirilən
“Qlobal Aqro” MMC-yə 6 milyon manatdan artıq vəsait xərclənib.

Məlumatda vurgulanır ki, Kürdəmirin Pirili kəndi və Karrar qəsəbəsi ərazisində yaradılan “Qlobal Aqro” MMC aqroparkın 2000 hektar yararlı əraziyə malikdir. Ceyhun Cəfərov icra başçısı oldğu vaxtı Kürdəmir İcra Hakimiyyətinin balansında olan yararlı torpaq sahələrinin böyük bir qismi ucuz qiymətə “Qlobal Aqro” MMC-yə uzun müddətli icrayə verilib.

Qeyd edilir ki, Ceyhun Cəfərovun həbs edilməsi qohumu Vidadi Zeynalovla şəriki Ramazan Mirzəyevdə böyük şok yaradıb. Çünki istintaq nəticəsində Ceyhun Cəfərovun cinayətlərinin bir ucu da məhz onların birlikdə qurduqları “Qlobal Aqro” MMC-yə qədər gəlib çıxa bilər. Bundan başqa istər Ramazan Mirzəyevin, istərsə də Vidadi Zeynalovun həbs edilən icra başçısı ulə çoxlu qaranlıq işləri də mövcuddur. PİA.az-a danışan mənbə bildirib ki, istintaq orqanları Ceyhun Cəfərovun Kürdəmirdə icra başçısı olduğu vaxtları daha dərindən araşdırsalar, o zaman şərikləri ilə yaratdığı “Qlobal Aqro” MMC ilə bağlı lazımı sübutları əldə edə biləcəklər.

Xatırladaq ki, keçən il ölkə mətbuatında Kürdəmir rayonunun Pirili kəndi ərazisində yaradılan “Qlobal Aqro” MMC-nin rəhbərliyi ilə Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərliyi arasında maxinasiya baş verdiyi barədə məlumatlar yazılıb. Həmin məlumatda deyilirdi ki, “Qlobal Aqro” MMC-yə məxsus olan və 2000 hektar ərazidə yaradılan aqroparka ayrılan dövlət vəsaitləri əslində Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və Ramazan Mirzəyev tərəfindən mənimsənilərək milyonlarla manat dövlət vəsaitini mənimsədiyinə görə həbs edilən və sonradan azadlığa çıxan Vidadi Zeynalovun dövlətə vurduğu zərərin bir hissəsini ödənilməsinə yönləndirilib. Yəni Vidadi Zeynalovun dövlət büdcəsinə vurduğu külli-miqdarda ziyanın bir hissəsi yenidən büdcədən mənimsənilərək ödəlib. Məlumatda o da qeyd olunurdu ki, Ceyhun Cəfərov və onun üzv olduğu “mütəşəkkil dəstə” dövlətdən oğurladıqları pullarla “boss”ları Vidadi Zeynalovun borclarını ödədikdən sonra “Qlobal Aqro” MMC-nin inşasını Kürdəmir rayonunda fəaliyyət göstərən dövlət müəssisələrinə və yerli sahibkarlara “yükləyiblər” və “Qlobal Aqro” MMC əslində yerli sahibkarlardan zorla və təhdidlə toplanan pullar əsasında ərsəyə gəlib.

Qeyd edək ki, bu ilin fevralın 12-də Kürdəmir rayonunun Karrar qəsəbəsində “Qlobal Aqro” MMC-nin aqroparkının təqdimatı olub. Həmin təqdimat mərasimində prezident İlham Əliyevdə iştirak edərək aqroparkda görülmüş işlərkə tanış olub. Məsələnin maraqlı tərəfindən biri də odur ki, açılışı edilən və milyonlarla manat vəsait “yuyulan” müəssissənin şəriklərindən birinin Vidadi Zeynalov olduğu prezidentdən gizlədilib.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq...

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi