““KİNJAL”I VURDUQ!” – Rusiyanın “analoqu olmayan” raketinin vurulması təsdiqləndi

““KİNJAL”I VURDUQ!” – Rusiyanın “analoqu olmayan” raketinin vurulması təsdiqləndi 

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri ilk dəfə Rusiyanın hipersəsli “Kinjal” raketini vurub.

AzPolitika.info xəbər verir ki, bu barədə şənbə günü səhər Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general Mikola Oleşçuk bildirib.

"Ukrayna xalqını tarixi hadisə münasibətilə təbrik edirik! Bəli, biz "analoqu olmayan” "Kinjal"ı vurduq! Bu, mayın 4-də Kiyev vilayətinin səmasında gecə hücumu zamanı baş verib", - Oleşçuk deyib. O, əlavə edib ki, raket bu yaxınlarda Ukraynaya çatdırılan “Patriot” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Xatırladaq ki, Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bir gün əvvəl “Kinjal”ın vurulduğu ilə bağlı xəbərləri təkzib etmişdi. Oleşçuk yazıb ki, düşmənin istifadə edə biləcəyi məlumatlar vaxtından əvvəl dərc edilməməlidir: "Biz sizə nəyi, harada, nə ilə və nə vaxt vurduğumuzu mütləq deyəcəyik! Vaxtı gələndə".

“Defence Express” nəşri daha əvvəl “Kinjal”a bənzəyən raket fraqmentlərinin aşkarlanması barədə məlumat vermiş və mayın 4-nə keçən gecə Kiyev səmasında baş verən partlayışın məhz bu raketin məhv edilməsi ilə əlaqəli olduğunu vurğulamışdı.

Rusiya komandanlığı raketin vurulması ilə bağlı xəbərləri şərh etməyib.

Əvvəllər “Kinjal”ın vurulması faktı qeydə alınmırdı. Söhbət təyyarələrdən buraxılan hipersəs raket sistemindən gedir. Bu qanadlı raket deyil, aeroballistik raketdir, Ukraynada son vaxtlara qədər mövcud olan hava hücumundan müdafiə sistemləri bu tip raketlərə qarşı praktiki olaraq gücsüz idi. Lakin ekspertlərin fikrincə, “Patriot” sistemi ballistik raketləri vurmağa qadirdir. Ukraynadakı müharibə zamanı "Kinjal”dan istifadə ilə bağlı bir neçə təsdiqlənmiş hal qeydə alınıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi