«Kirayə mənzillərdən vergi tutulacaq» – Vergilərdən açıqlama
Mənzilini kirayə verən fiziki şəxslər 14%, hüquqi şəxslər isə 20% vergi ödəməlidir. Bu barədə Vergilər Nazirliyinin açıqlamasında deyilir.
Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergiödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcəsi ilə vergini özü ödəyir və Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun olaraq, vergi uçotuna alınıb bəyannamə verir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın