"KÖÇƏRLİ HƏSƏNOV NƏ QƏDƏR ÇƏTİN OLSA DA..."
"Azərsu" ASC-nin sədr müavinləri arasında açıq rəqabət, onların kadr təyinatlarında ASC sədrinə təzyiq dövrü demək olar ki, aradan qaldırılıb.
Sabiq "Azərsu" sədri Qorxmaz Hüseynovun zamanında belə dəbdə olan bu "ənənənin" nə qədər çətin olsa da, ASC-nin sədr əvəzi vəzifəsini icra edən Köçərli Həsənov üçün prinsipial məsələ hesab edildiyi bildirilir.
Bu barədə Faktinfo.az saytının əldə etdiyi məlumatda o da qeyd edilir ki, "Azərsu" ASC-nin sədr əvəzi Köçərli Həsənov kadr təyinatlarında bir sıra sədr müavinlərinə şans tanımır. Görünür o, bununla sonradan söz-söhbətə səbəb ola biləcək hallara rəvac vermək istəmir, digər tərəfdən də qruplaşmalara meyllənməni bəri başdan aradan qaldırmaqda israrlı olduğunu isbatlayır.
Onu da qeyd edək ki, "Azərsu"ASC-dən mətbuatda yazılan tənqidi məqalələr son iki il ilə müqayisədə minimuma düşüb. Bu isə müəyyən təxminlərin altını cızmağa, fikir söyləməyə əsas yaradır. Görünür, sədr əvəzi bütün mənalarda müavinlərlə münasibətdə tərəf tutmur, müəyyən qədər məsafəli davranır.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın