Köçəryan həbs edildi
Ermənistanda 1 mart qırğınları ilə əlaqədar təşkil edilən məhkəmə prosesi başlayıb.
Axar.az xəbər verir ki, “Sputnik Ermənistan” məhkəmədə Ermənistanın eks-prezidenti Robert Köçəryanın həbsi məsələsinə baxılacağını yazıb.
Hələlik Köçəryanın məhkəməyə gəlib-gəlmədiyini bilinmir.
Məhkəmə qapalı keçirilir.
***
Ermənistanın eks-prezidenti Robert Köçəryan İrəvan 1 mart qırğınlarıyla bağlı təşkil edilən məhkəməyə gəlib.
“Aykakan Jamanak” qəzeti Köçəryanın məhkəmə zalına arxa qapıdan daxil olduğunu bildirib.
***
Mənim həbsimə görə Azərbaycan sevinəcək.
Bunu “Yerkir Media” televiziyasına müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.
“Hökumət artıq günahkarları təyin edib və indi ittihamların təmin olunması üçün formul axtarır. Təkrar edirəm, mən belə şeyin olacağını gözləmirdim. Ölkəyə təhdid böyükdür. Nəzərə alın ki, ordunun bütün rəhbər heyəti ittiham olunur.
İndi onlar mənim həbsimi istəyirlər. Onlar istəyirlər ki, qələbə əldə edən “Dağlıq Qarabağın birinci prezidenti”ni həbs etsinlər. Onlar iqtisadi inkişafa nail olan Ermənistanın ikinci prezidentinin həbsini istəyirlər. Mən indi Azərbaycanda buna necə sevindiklərini təsəvvür edirəm. Onlara bu hədiyyəni verin”, – deyə o bildirib.
***
Ermənistanın ikinci prezidenti Robert Köçəryan həbs olunub.
Bu xəbər üçün şərh yazın