"Kompüterin qarşısında işləyən qadınlara da güzşətlər edilsə, alqışlayaram"

"Kompüterin qarşısında işləyən qadınlara da güzşətlər edilsə, alqışlayaram" -Aqiyə Naxçıvanlı

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, ali məktəbdə çalışan qadınların iş saatı ilə bağlı yeni qərar qəbul edib.

Belə ki, rektor paxtaxtdakı tıxacları nəzərə alaraq, qadınların iş saatını bir saat azaldıb, onların işdən çıxma vaxtı 18:00-dan 17:00-a endirib. Rektor belə əsaslandırıb ki, 18:00-da işdən çıxan qadın evə gec çatır, 17:00-da işdən çıxanlar isə 18:00-da evdə olurlar. Elmar Qasımovun fikrincə, bu, məişət problemini bir tərəfdən həll etmiş olur. Rektorun bu qərarı sosial şəbəkələrdə müsbət qarşılanıb. Təklif olunur ki, digər ali təhsil müəssisələri də eyni metoddan istifadə etsinlər.

 

Faktinfo.az xəbər verir ki,bununla bağlı Pravda.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı təklifə etirazını bildirib.

 Deputat deyib ki, BANM-ın qərarını doğru hesab etmir: “Mən belə addımı nə alqışlamıram, nə tərəfdarı deyiləm, nə də pisləmirəm. Guya işdən saat 17:00-da çıxan qadın bütün məişət problemlərini həll edə bilir? Bu, mümkün olan bir şey deyil,axı. İkincisi, bərabər hüquqlar var. Əgər bu qadın bu işi seçibsə, işləyirsə, onda kişilərlə bərabər bütün işlərin öhdəsindən gələ bilən qadındır. 

Məncə, belə qadınların 1 saatlıq güzəştə ehtiyacı olmaz. Bilmirəm, bu qərarı başqa universitetlərə də yayaq, yaymayaq… Elə işlər var ki, məsələn, bank işi və digər çətin işlərdə qadınlar bütün gün kompüterin qarşısındadırlar. Bəli, onlara bu cür güzşətlər edilsə, alqışlayaram. Çünki qadın üçün doğrudan da çətindir, bütün gün kompüterin qarşısında oturub, sonra evə gəlib uşağının tərbiyəsi ilə məşğul olsun, ev işlərini görsün.

Amma universitetdə pedaqoji fəaliyyətdir. Burada çalışan qadının dərs yükü var, dərs yükünə görə də bu insan işə gəlir. Əgər saat 17:00-da evə gedirsə, onun sonuncu dərsini kim keçəcək? Yəni bütün cədvəl dəyişir? Bu, ali təhsil müəssisəsidir, belə deyil? Onda necə olur? Qadın dərs yükünü yerinə yetirib, sonra çıxıb gedə bilər. Vacib deyil ki, dərs yükünü yerinə yetirəndən sonra universitetdə boş otursun.

Ona görə də Bakı Ali Neft Məktəbinin bu addımını heç başa düşmürəm. Bunun ali təhsil müəssisəsində nə dərəcədə doğru addım olduğunu anlamıram. Sex, zavod, fabrik olsa, bəli, qadın üçün orda gərgin, çətin işdir. Başa düşərəm ki, qadınlara belə yerlərdə qısaldılmış iş günü olsun. Amma universitetdə, orta məktəbdə, kollecdə, texniki peşə məktəbində belə addımı düzgün hesab etmirəm”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər