“Körpə ana bətnində ölü idi” - Baş həkimdən açıqlama

“Körpə ana bətnində ölü idi” - Baş həkimdən açıqlama 

Bərdə rayon Mərkəzi Xəstəxanası doğuş zaman körpə ölümü ilə bağlı açıqlama verib.

Xəstəxananın doğum şöbəsinin baş həkimi Tünzalə Quliyeva AzNews.az-a açıqlamasında Aysel Məhərrəmlinin xəstəxanaya daxil olan zaman uşağının ölü olduğunu deyib:

“Ana ilk öncə Tərtər Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirlib. Orada bir gün qalıb. Döl böyük çəkili olduğundan doğuş baş verməyib. Odur ki, xəstə oradan Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Bizim xəstəxanaya daxil olanda uşaqlıqda çırılma vardı, uşaq da ana bətnində ölü idi. Biz onu təcili olaraq əməliyyata götürdük. Ölü uşağı qadının bətnindən çıxardıq, ananı həyatını xilas etdik. Uşaq 4 kiloqram 700 qram olub”.

Qeyd edək ki, Bərdə rayon Mərkəzi Xəstəxanasında daha bir körpə ölümü baş verib. Tərtər rayon sakini Aysel Elçin qızı Məhərrəmlinin qeysəriyyə əməliyyatı zamanı bətnindən körpə ölmüş vəziyyətdə çıxarılıb. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi