Körpə ölümü: mama-ginekoloqa cinayət işi açıldı

Körpə ölümü: mama-ginekoloqa cinayət işi açıldı 

Şirvanda körpənin ölümü ilə bağlı cinayət işi başlanılıb, mama-ginekoloq barəsində iltizam qətimkan tədbiri seçilib.

Bu barədə Axar.az-a Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, Sabirabad rayon sakini Elnurə Binyətovanın 08.08.2022-ci il tarixdə “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Ginekologiya və doğum şöbəsində doğduğu yenidoğulmuş körpənin ölməsi faktı ilə bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Aparımış araşdırmalarla müəyyən edilib ki, həmin xəstəxanada mama-ginekoloq işləyən Fərqanə Qədirova doğuş prosesinə rəhbərlik etdiyi zaman səhlənkarlıq edib öz işinə vicdansız və laqeyd münasibət göstərməklə doğuşun təbii yolla yekunlaşdırılmasını qüsurla başa çatdırması nəticəsində yeni doğulmuş körpə ölüb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Fərqanə Qədirova Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər