Körpə uşağı olan analara həkim məsləhəti- Hərarət qalxırsa etməyin...

Körpə uşağı olan analara həkim məsləhəti- Hərarət qalxırsa etməyin... 

Müxtəlif infeksiyalar zamanı hərarət yüksəlirsə, uşaq orqanizminin müdafiə sistemi işə düşür. Hərarəti normaya salmaq düzgün deyil. Orqanizm özü infeksiya ilə mübarizə aparmalıdır.

Faktinfo.az  xəbər verir ki, bu sözləri tanınmış pediatr Vaqif Qarayev qeyd edib. O bildirib ki, uşaqda hərarət 38-38,5 dərəcə olarsa, parasetamol və nurofenin (ibuprofen) yaşa uyğun dozasını vermək olar:

“Dərman qəbulundan sonra hərarət 0,5 dərəcə belə düşürsə, bu artıq effektdir. Normaya salmağa çalışmayın. Bir günə uşaq heç vaxt sağalmayacaq. Ona görə “hərarət düşmür” deyə həkiminizi hər saatbaşı narahat etmək lazım deyil. Özbaşına uşaqlara antibiotiklər vermək olmaz. Bunu ancaq həkim təyin edə bilər. Antibiotiklər hərarətsalıcı deyil, özünüzü aldatmayın. Südəmər yaşlı və 3 yaşa qədər uşaqlarda hərarət yüksələrsə, mütləq və mütləq həkimə müraciət edin. Özünümüalicənin fəsadları ağır olur”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi