Kral ABŞ-a Qaşıqçının “bədəlini” ödədi… - 100 milyon

Kral ABŞ-a Qaşıqçının “bədəlini” ödədi… - 100 milyon 

Səudiyyə Ərəbistanı hökuməti Suriyada İŞİD terror qruplaşmasından azad edilən və hazırda YPG-PKK terrorçularının nəzarətində olan bölgələr üçün ayırmağa söz verdiyi 100 milyon dollarlıq vəsaiti Pompeonun ötən gün Ər-Riyada səfəri zamanı ABŞ hökumətinə aid hesablara köçürüb.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” yazıb.

Tramp administrasiyası sözügedən maliyyə dəstəyini uzun müddətdir tələb etsə də, ödənişin Pompeonun müxalif jurnalist Camal Qaşıqçının yoxa çıxması hadisəsi ilə bağlı Ər-Riyad səfəri ilə üst-üstə düşməsi diqqət çəkib. Nəşr məqalədə ABŞ hökumətinin Suriya siyasətini yönləndirən, ancaq adının açıqlanmasını istəməyən dövlət rəsmisinin “Ödənişin həyata keçirilmə vaxtı qətiyyən təsadüf deyil” fikrinə də yer verib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi