Kriminal avtoritet həbs xəbərindən danışdı- Növbəti...
Azərbaycanlı qanuni oğru Lotu Qulinin (Nədir Səlifov) həbs edilməsi barədə ötən gün yayılan xəbər təkzib olunub.
Faktinfo.az xəbər verir ki, bu barədə Lotu Quli özü Virtualaz.org-a danışıb. Nadir Səlifov sayta açıqlamasında deyib ki, həbsi barədə məlumat həqiqəti əks etdirmir:
"Bu, KİV-in mənim barəmdə yaydığı növbəti yalandır".
Lotu Qulinin hazırda Türkiyədə olduğu da bildirilib.
Qeyd edək ki, ötən gün Yenicag.az kriminal avtoritetin Çernoqoriyada saxlanıldığı haqda məlumat yaymışdı. Onun paytaxt Podqoritsada İnterpol tərəfindən saxlanıldığı iddia edilirdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın