KXCP-da prezidentliyə namizədliyə görə istefalar başladı
Partiya sədrinə qarşı ÜSYAN - Prezidentliyə namizədliyə görə istefalar başladıKlassik Xalq Cəbhəsi Partiyasında (KXCP) funksioner istefa verib.
Partiyanın Nəsimi rayon təşkilatının sədri Südeyif Sadıqlı qurumdan istefa verdiyini açıqlayıb: "KXCP Nizami rayon şöbəsinin sədri olaraq partiya sıralarından istefa verirəm". S.Sadıqlı bunun səbəbini açıqlamayıb.
PressClub.Az-ın əldə etdiyi məlumata görə isə istefanın səbəbi KXCP sədri Mirmahmud Mirəlioğlunun prezident seçkilərinə namizədliyini verməsidir. Bildirilir ki, partiya funksionerlərinin əksəriyyəti Mirmahmud Mirəlioğlunun seçkilərə qatılmasının əleyhinədir.
Onlar partiyanın boykot yolu tutmasının tərəfdarıdırlar. Mirəlioğlu isə onlarla razı olmadığından, istefaya getməkdədirlər. Məlumata görə, bundan sonra bir neçə şəxs də istefa verməyi düşünür.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın