Kölgələr; Alimin işığında
Bir müddət əvvəl Azərbaycan Aqrar Universitetində savadı, bacarığı, mədəni davranışı ilə seçilən şəxslər irəli çəkilərkən, bunu yarıtmaz kadr siyasəti hesab edib, ardınca “bir qrup ziyalı buranı tərk edib” kimi yozanlar və “cızma-qara” yazan jurnalistlər qələmi yerə qoydular. Çünki, yazdıqları şərə xidmət olub, düşünən bir başın, cavan alimin əsassız qəsdinə durmaqdan başqa bir şey deyildi ki, silahlarını kinlə əvəz etmişdilər.Bu özünü doğrultmayanda rektor İbrahim Cəfərovu Rəsul Quliyevlə əlaqələndirmək, yüksək eşalonda həlledici fiqur kimi Vətənə xəyanət edib, ölkəni tərk edənlər haqqında “yaddaşında ilişib qalanları” , “ümumiləşdirmək” məcburiyyətində qaldılar.
Bəzi mətbu orqan əməkdaşları 15 il bundan qabaq alçaq hisslərlə köklənib taun vibrionları kimi daxillərində kök salan fikirlərini büruzə verdilər. Guya,ali məqsədə xidmət edirlər. Əslində “köhnə xatirələrin” qiyafəsinə bürünüb “səmimiyyət” pərdəsi altında şər, böhtan yazır, Aqrar Universitetinin rektoru İbrahim Cəfərovun əsassız qəsdinə durub, onu ləkələmək yolunu tutdular. Ali məqsədə xidmət etməyən bu kateqoriyadan olan “məqalələri” Gəncə elmi ictimaiyyəti, gah da Aqrar Universitetinin professor heyətinin adından “redaksiyalarına” olunan şikayət məktubları kimi təqdim etdilər. Amma,dərc etdiklərini əsaslandırmaq istəyən bir qrup jurnalistlər onu da unutdular ki, yazdıqları şəxsi istək, arzudan irəli gəlib ümumi söz yığnağından başqa bir şey deyildir, milli mənafe ilə bir araya sığmır.
Zamanla belə yazılar da özünü doğrultmayanda anonim şayiələrə, xəbiscəsinə edilən qeyri-səmimi müraciətləri əsas götürüb “Aqrar Universitetində rüşvət yığılır”, “Aqrar Universitetində dövlət imtahanlarına 500 manat pul alınır” və daha nələr uydurmağa,qısa metrajlı “tezislər”dən çıxış etməyə başladılar.Hətta, rektor İbrahim Cəfərovu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı,həmçinin Azərbaycan Təhsil naziri kimi mühüm vəzifələrə can atmaqda ittiham hədəfinə gətirdilər.Qəsdən süni ittiham sübutları ilə təfəkkürləri qarışdırmaq yolunu tutdular. Elə hesab etdilər ki, dərk etmələrə inandırıcılıqla daxil ola biləcək belə “yazılar” tərəflər arasında münaqişəyə səbəb olacaq. Elmar Vəliyev və ya Mikayıl Cabbarov emosiyalarına nəzarət etməyəcək, düşüncələri süni ittihamlarla səfərbər edən “yazılara” inanmaq məcburiyyətində qalıb, İbrahim Cəfərovla intiriqa aparacaqlar.
Bu gün Aqrar Universitetinin rəhbərliyi şəffaflığın təmin edilməsinə, orada sağlam mühitin yaradılmasına, təhsilin inkişaf meyllərinin düzgün qavranılmasına dair atdığı mütərəqqi addımlarla bir pillə də irəli gedir. Bunları görmək, yazmaq üçün universitet rəhbərliyi dəfələrlə mətbuata çağırışlar edib. Amma,görünən odur ki, hələ də müəyyən kəsim mətbuat xeyri şərdən, mərdi namərddən ayırmağı bacarmır, yerli-yersiz Aqrar Universitetini hədəf seçir.Bircə dəfə müqabil bilib Azərbaycan Aqrar Universitetinin gördüyü işlər,yenilənmiş laboratoriyalar, aparılan təcrübə-sınaq işləri və digər yüzlərlə yenilik barədə on cümlədən ibarət xəbər xarakterli məlumatların verilməsində xəsislik edirlər.Bəzən elə mətbu orqanlar İbrahim Cəfərovu tənqid edir ki, Azərbaycan Aqrar Universitetinin profilinin nədən ibarət olduğunu bilmir.Eşitdikləri sözü xəbərə çevirir, bunu da elmi kəşf edibmiş kimi ictimaiyyətə sırımaq istəyirlər. Elementar səviyyəsi çatan şəxs yaxşı bilir ki, söz aparıb gətirən qarşısındakından çox öz mənafeyini təmsil edib, öz iradəsini yeritmək cəhdi güdür.
Bəzi saytlar,qəzetlər də istəklərinə nail olmaq üçün qarışqanı şişirdib fil eləməklə “çevir tatı, vur tatı” deyib, bir fikri yüz dəfə təkrarlayır, “israrlıyıq”, “israrlıyıq”-deyə haray-həşir qoparır, iftira yazırlar. Daha anlamırlar ki, cəmiyyət haqqında elmin qanunları ilə sadə emosional təsvirin yerini dəyişik salıb alimin, professorun – İbrahim Cəfərovun kölgəsinə çevrilirlər.
Fuad İsgəndərov
Faktinfo.az
Bu xəbər üçün şərh yazın