Ləğv edilsin,20 min nəfər spirtli içki istifadəçisi vaxtından əvvəl ölür -Jirinovski

Ləğv edilsin,20 min nəfər spirtli içki istifadəçisi vaxtından əvvəl ölür -Jirinovski 

Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski Rusiyadakı Yeni il tətili əvəzinə əlavə tətil günləri tətbiq etməyi təklif edib.

Siyasətçi buna səbəb kimi rusların alkoqoldan sui-istifadə etməsini göstərib.

"Yeni il bayramının tətil məsələsi yenə də toxunulmaz qaldı. Lakin statistika göstərir ki, yanvarın 1-dən 10-dək 20 min nəfər spirtli içki istifadəsinə görə vaxtından əvvəl ölür. Yaxşı, niyə bu olmalıdır? Kim belə edir? Dövlət Duması? Qoy insanlar nə vaxt istirahət edəcəklərinə özləri qərar versin. Yeni il tətillərində ruslar işlə məşğul olmadıqları üçün spirtli içkilərdən istifadə etməyə başlayırlar", - deyə o bildirib.

Qeyd edək ki, Rusiya Federasiyası hökuməti gələn il üçün bayram təqvimini təsdiqləyib. Ruslar üçün Yeni il tətili 30 dekabr 2017-ci ildən 2018-ci il yanvarın 8-dək olacaq.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi