Lənkəranda qeysəriyyə əməliyyatı :

Lənkəranda qeysəriyyə əməliyyatı : Daha bir ana əməliyyatdan sonra öldü

Lənkəranda ana qeysəriyyə əməliyyatından sonra ölüb.

Faktinfo.az Report.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Lerik rayon Hücü kənd sakini, 1993-cü il təvəllüdlü Fəridə İlyas qızı Yaqubzadə mayın 25-i səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. Axşam saatlarında qeysəriyyə əməliyyatı olunub və qız övladı dünyaya gətirib.

Bir müddət sonra xəstənin vəziyyətində ağırlaşma, nəfəs darlığı yaranıb və F.Yaqubzadə yenidən əməliyyat edilib. Mayın 26-sı səhər saatlarında isə qadın dünyasını dəyişib.

F.Yaqubzadənin yaxınları qadının həkim səhlənkarlığı nəticəsində vəfat etdiyini iddia edirlər.

Qeyd edək ki, F.Yaqubzadənin yeni doğulan körpəsindən başqa 2 övladı da var. O, ikinci övladını da qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi