Londonda da müsəlmanlara hucum olub
İngiltərənin paytaxtı London şəhərindəki Kannon küçəsindəki Aşadibi məscidində cümə namazına gələnlərə 20 yaş civarında olan şəxslərdən ibarət qrup çəkic və dəyənəklərlə hücum edib.
Yerli vaxtla saat 13 radələrində islama qarşı şüarlar səsləndirən və təhqirlər yağdıran qrup hücumdan sonra avtomobilə minərək qaçıb. Polis çağıran adamlar isə qrupun qaçmasının qarşısını almaq istəsələr də, buna nail olmayıblar.
Polis hücuma məruz qalanlar arasında 27 yaşlı bir şəxsin başından yaralandığını və yoldaşları tərəfindən xəstəxanaya aparıldığını bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın