Lotu Quli yenidən həbs edildi
Türkiyə Miqrasiya Xidməti yenidən qanuni oğru Nadir Səlifovu (Lotu Quli) saxlayıb.
Məlumatı “Haqqin.az” saytı Səlifovun qohumlarına istinadən yayıb. Lotu Qulinin saxlanılma səbəbi açıqlanmayıb.
Bildirilir ki, kriminal avtoritetin deportasiya məsələsi gündəmdədir. Onun hazırda Bolqarıstanla sərhəddə yerləşən Miqrasiya Xidmətinin təcridxanasına yerləşdirildiyi vurğulanıb. Lotu Qulinin Rusiya və ya Azərbaycana deportasiyası məsələsi nəzərdən keçirilir.
Qeyd edək ki, qanuni oğru bir müddət əvvəl saxlanılsa da, sonradan azadlığa buraxılmışdı.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın