Müəllim kollecin yoxlanmasını tələb edir

Müəllim kollecin yoxlanmasını tələb edir 

Dərsə gəlməyən və bir çox tələbələrin təqaüd kartlarının kollec rəhbərliyində olması şübhə doğurmur, işə çıxmayan“ölü canların” mövcudluğu, kollecdə inventarların alınmasında mənimsəmələr, kollecin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmasına ehtiyac olduğu bildirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

 Surəti: 

H.Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevaya

Surəti:

Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarova 

 Surəti: 

Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşıMübarizə İdarəsinin rəisi Kamran Əliyevə məktub ünvanlayaraq pozulmuş haqqvə hüququnun bərpasını xahiş edir, Qida Sənayesi Kollecində maliyyə-təsərrüfatfəaliyyətinin yoxlanmasını istəyir.

 

Kollecinin müəllimi Musayev Sulduz Kamil oğlu tərəfindən daxil olan şikayətməktubundan bir daha aydın olur ki, kolleclərdə rüşvət, yerlibazlıq,özbaşınalıq kimi hallar müəllimlərin iş yerlərini itirməsinə gətirib çıxarır.2015-ci il tədris ilində Qida Sənayesi Kollecinin müəllimi Musayev Sulduz Kamiloğluna dərs yükü verilmədiyindən tərəflər arasında narazılıq başlamışdır. Biraz sonra isə kollecin tədris işləri üzrə direktor müavini Sadıq Məmmədov öz tərəfdarlarıilə birgə iclas keçirmiş, iqtisadiyyat fənnini tədris edən  Sulduz  Musayevin ixtisara salınıb, kollecdən kənarlaşdırılmasına dair qərar qəbul etmişdir. Hətta, qabağa gedərək, direktor müavini Sadıq Məmmədov MusayevSulduza hədə-qorxu yolu ilə ondan işdən çıxmasına dair ərizə yazmağı da tələbetmişdir.

 Sulduz Musayev ərizəni yazmasa da, müxtəlif dairələrə kollecdəkibiabırçılıqları əhatə edən ərizələr yazmışdır. Məsələn, Sulduz Musayev yazırki, kollecdə tədrisin keyfiyyəti sıfıra bərabərdir. Müəllimlər dərsə gəlməyən,oxumayan, semestr zamanı tədris proqramına əhatəli şəkildə cavab verməyən tələbələrəqiymət yazılmasına məcbur edilir. Sadıq Məmmədov bu işlərin başında dayanıb, hər semestr kollecdə 200-300 min manat rüşvət yığır. Kollecdə köhnə inzibatimetodla idarəetmə hökm sürür. Kurs işləri arxivdəki sənədlərin üzü köçürülməklətərtib edilir. Tələbələr təcrübədə olmur, təcrübə əvəzinə rüşvət verir. Savadlı,haqqını tələb edən müəllimlər işdən çıxarılır, rüşvət hesabına yeniləri işə qəbulolunur. Adını da qoyurlar, nazir belə tələb edir. Dərsə gəlməyən və bir çox tələbələrin təqaüd kartlarının kollec rəhbərliyində olması şübhə doğurmur, işə çıxmayan“ölü canların” mövcudluğu, kollecdə inventarların alınmasında mənimsəmələr,kollecin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmasına ehtiyac olduğubildirilir.

 Mövzunu diqqətdə saxlayacağıq.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi