Maddi çətinlikdən körpələri küçəyə atan ana tapıldı

Maddi çətinlikdən körpələri küçəyə atan ana tapıldı 

Bərdə rayonunda küçədən tapılan körpələrin anası tapılıb.

Hadisədən sonra Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat axtarış tədbirlərinə başlayıb.

Məlum olub ki, körpələrin anası Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanovadır.

Bərdə rayonunda işləyən Y.Osmanova uşaqları maddi çətinlikdən saxlaya bilmədiyini və belə bir işi gördüyünü deyib:

"Bir müddət kafedə və çay evlərində işlədim. Kirayə ev tapmışdım, günə 2 manat pul verirdim. Sonra işdən çıxdım və kirayə pulu da verə bilmədim. Bildim ki, ev yiyəsi bizi çıxaracaq ona görə özüm gecə evdən çıxaraq qaçdım, uşaqları isə evdə saxladım. Sonra ev yiyəsi mənim gəlmədiyimi görüb uşaqlarımı bizi o evə aparan iş yoldaşıma verib".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, məsələnin araşdırılması yerli monitorinq komissiyasına tapşırılıb:

"Hazırda komissiya məsələni araşdırır və valideynlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparır".

Faktla bağlı araşdıma aparılır.

Qeyd edək ki, Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb.

Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar.Report.az

Maddi çətinlikdən körpələri küçəyə atan ana tapıldı
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər