Maklerlər MİDA-dakı evləri bu qiymətə satır – FOTO FAKTLAR
MİDA-nın sosial evlərlə bağlı keçirdiyi son satış prosesi qalmaqalla müşayiət olunur.
Qurumla bağlı müxtəlif ittihamlar səslənməkdədir. Bunlardan biri də həmin mənzillərin qanunvericilikdə nəzərdə tutulduğu kimi sosial vəziyyəti aşağı olan ailələrə deyil, maklerlərə, imkanlı şəxslərə satılması ilə bağlıdır.
Faktinfo.az xəbər verir ki, Yeni Sabah.az məsələnin aktuallığını nəzərə alaraq daşınmaz əmlak satışı saytlarında araşdırma aparıb. Bəlli olub ki, təkcə mart ayında MİDA-nın Yasamal Yaşayış Kompleksində onlarla mənzilı satışa çıxarılıb və ya kirayə üçün təklif olunur.
Oxuculara yalnız bina.az saytında satışa çıxarılan mənzillərin skrin-şotlarını təqdim edirik. Həmin elanlardan bəlli olur ki, mənzillər MİDA-nın təqdim etdiyi satış qiymətlərindən təzminən 20 min manat baha qiymətə satılır. Bu fakt göstərir ki, mənzillərin dövlət qurumu tərəfindən satılması zamanı sosial vəziyyəti aşağı olan ailələr nəzərə alınmayıb, qanunun tələblərinə tam əməl olunmayıb. Yəni əgər həmin mənzilləri sosial vəziyyəti aşağı olan ailələr alsa idi, onu sonradan satışa çıxarmazdılar.
Fotofaktları təqdim edirik:
Bu xəbər üçün şərh yazın